Məzmuna keç

Oğuzda yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Oğuzda baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən e-huquq.az-a verilən xəbərə görə, Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında təqribən 3 ha sahədə kol-kos, qurumuş ağaclar və ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.