Məzmuna keç

Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa edildi

Tanınmış hüquqşünas Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilib.

E-huquq.az xəbər verir ki, bu barədə A. İsmayılov özü məlumat yayıb.

"2013-cü ildən apardığım 9 illik mübarizədən sonra pozulmuş haqqımın bərpasına nail oldum. Dünən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin 8 aprel 2022-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməyimlə bağlı iclas protokolundan çıxarışı və vəkillik vəsiqəsini təqdim etdi", – deyə hüquqşünas qeyd edib.