Məzmuna keç

Gürcüstan Prezidenti ilə bağlı istintaq başladı

Gürcüstan Prezidenti ilə bağlı istintaq başladı

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.

E-huquq.az xəbər verir ki, istintaq əfvetmə prosesində dövlət başçısının hakimiyyətdən mümkün sui-istifadə etməsi üzrə aparılır.

Baş Porkurorluqdan bildirilib ki, istintaqın gedişatı və nəticələri haqqında mütəmadi olaraq məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar prezident 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.

Mənbə: Report