Məzmuna keç

Prezident İlham Əliyev deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.