Məzmuna keç

Masallıda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək

Aprelin 16-da Masallı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, aksiya Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə keçirləcək.

Aksiya saat 11:00-da başlayacaq.

Ünvan: Masallı rayon Heydər Əliyev Mərkəzi

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85, 050 340 09 81).

Qeyd edək ki, bu kimi tədbirlərin digər regionlarda da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.