Məzmuna keç

Zaqatalada ər müəllim arvadının və özünün boğazını kəsərək öldürdü –

Aprelin 17-də Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Zaqatala rayon Prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

10.02

Zaqatalada kişi arvadını və özünü öldürüb.

E-huquq.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini Qılman Həsənov həyat yoldaşı Həsənova Xavər Şamil qızını qətlə yetirib, daha sonra intihar edib.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qətlə yetirilən Xavər Həsənova ibtidai sinif müəllimi olub.

Faktla bağlı araşdırma aparılır.