Məzmuna keç

TƏBİB Göyçaydakı kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı

TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Qurumdan e-huquq.az-a bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:

“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.