Prezident İlham Əliyev "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında" Fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, fərmanla “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq edilib.
Həmçinin “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq olunub.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

