Aprelin 25-də Bakının Yasamal rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
E-huquq.az xəbər verir ki, hüquqi yardım aksiyası Milli Məclisin deputatları Elmar Allahverdiyev, İlkin Quliyev və Səbinə Xasayevanın təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə keçiriləcək.
Aksiya saat 11:00-da başlayacaq.
Ünvan: Yasamal rayon Heydər Əliyev Mərkəzi
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (Telefon: 012 594 99 85, 050 340 09 81).
Qeyd edək ki, bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.
