Azərbaycanda bu gündən maska tələbi ləğv edilib
Azərbaycanda bu gündən tibbi maska taxmaq tələbi ləğv edilib.
E-huquq.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur.
Bununla yanaşı, bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.

