21.10.2026
Ötən il icbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanalarında əhaliyə 22 milyondan çox xidmət göstərilib
Sosial

Ötən il icbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanalarında əhaliyə 22 milyondan çox xidmət göstərilib

May 2, 2022

"2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub".

E-huquq.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib.

“Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət etdiyi, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib”,- deyə Z.Əliyev əlavə edib