Məzmuna keç

Prezident Səfa Mirzəyevi təltif etdi

Prezident İlham Əliyev Səfa Abbas oğlu Mirzəyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident.az saytı məlumat yayıb.

Sərəncama əsasən, Səfa Mirzəyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.