Məzmuna keç

Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirilir.

E-huquq.az-ın məlumatına görə, konfransı Milli Məclisin sədri Sahibə Qafarova açıq elan edib.

Qeyd edək ki, konfransdan sonra İƏT PA-ya sədrliyin Azərbaycana keçməsi nəzərdə tutulur.