Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda yeni büroların təsisi məsələlərinə baxılıb, müsbət qərar qəbul olunub. Həmçinin vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.
Eyni zamanda fəaliyyətlərində fərqlənən, həmçinin yubileylərini qeyd edən bəzi vəkillər mükafatlandırılıb.



















































































