Məzmuna keç

“Birinci instansiya və apelyasiya məhkəmələrində mülki işlər üzrə dövlət hesabına hüquqi yardımla bağlı problem hələ qalmaqdadır”

"Zənnimcə pulsuz hüquqi yardım sahəsində də müəyyən dəyişikliklərə böyük zərurət var. Birinci instansiya və apelyasiya instansiya məhkəmələrində mülki işlər üzrə dövlət hesabına hüquqi yardım göstərilməsinə zərurət var. Təəssüf ki, hələ bu problem qalmaqdadır".

E-huquq.az-ın məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən "Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı" mövzusunda keçirilən tədbirdə deyib.

Sədr bildirib ki, sözügedən məhkəmələrdə ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı məsələ dəfələrlə qaldırılıb, ictimai müzakirəyə çıxarılıb: "Ən böyük problem odur ki, aztəminatlı ailələr ailə mübahisələri ilə bağlı pulsuz hüquqi yardım ala bilmirlər. Qanunda bununla bağlı hər hansı norma müəyyən olunmayıb. Nəticə etibarilə müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlarından bizə müraciətlər daxil olur. Biz vəkillər bu müraciətlərə həssas yanaşırıq. Hər bir şəxsə tamamilə ödənişsiz hüquqi yardım göstəririk".

Xəyalə Bünyatova