Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası Vəkillər Kollegiyasını təbrik edib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunması münasibətilə təbrik edir, vətəndaşların hüquqlarının səmərəli müdafiəsi və vəkillik peşəsinin nüfuzunun artırılması fəaliyyətində daim uğurlar arzu edirik".
