Məzmuna keç

Ombudsman Səbinə Əliyeva vəkilləri təbrik etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasını Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə təbrik edib.

E-huquq.az-ın məlumatına görə, Ombudsman təbrikində bildirib ki, vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının formalaşmasının böyük əhəmiyyəti vardır.

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunması bu istiqamətdə mühüm nailiyyətlərdəndir. Bu münasibətlə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini və bütün vəkillərimizi ürəkdən təbrik edir, vəkillik peşəsinin nüfuzunun artırılması və inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzu edirəm", – deyə S. Əliyeva qeyd edib.