Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələtin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
E-huquq.az bu barədə DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülüb.
O dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.
Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq orada vəfat edib.
