Məzmuna keç

Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, – Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.