Məzmuna keç

Vəkillər Kollegiyası beynəlxalq konfransda təmsil olunub –

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlığı uğurla davam etdirilir. Belə ki, cari ilin 2-3 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində 20-dən çox ölkədən vəkilin iştirakı ilə 5-ci Müasir Vəkillər Kollegiyaları Beynəlxalq Konfransı baş tutub. Konfransın əsas məqsədi müasir vəkilliyin problemləri, vəkillik və hüquqi xidmətlərin elektronlaşdırılması və digər aktual mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

E-huquq.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını Kollegiyanın Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayşə Abdel Qadir təmsil etmişdir.

2 gün ərzində keçirilən tədbirdə hüquqi xidmətlərin elektronlaşması, müasir vəkilliyin bəzi aktual problemləri və onların həlli qaydası, Ukraynadan Avropa ölkələrinə köçmək məcburiyyətində qalan qaçqınların hüquqi yardıma çatımlılığı və bu sahədə mövcud problemlər müzakirə edilib.. Meksika, Çili, Rumıniya, Almaniya, İtaliya, Portuqaliya, Macarıstan, Türkiyə və bir sıra digər ölkələrin Vəkillər Kollegiyalarının da təmsil olunduğu tədbirdə vəkillər qeyd edilən mövzularda öz təcrübələrini paylaşıblar.