Məzmuna keç

Səlcuq Bayraktar Azərbaycan xalqını təbrik etdi

“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü təbrik edirəm”.

E-huquq.az xəbər verir ki, bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktarın 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə səhifəsində etdiyi paylaşımında yer alıb.

Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir:

“Bu il dastanlara mövzu olan “Bir millət, iki dövlət” şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə “Bir Festival” əlavə etdik.

Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.