“15 İyun – Milli Qurtuluş günü” münasibəti ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Milli Məclisin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 14 iyun 2022-ci il tarixində Milli Məclisin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayevanın təşəbbüsləri, Vəkillər Kollegiyasının dəstəyi ilə Tovuz rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ağstafa rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.
E-huquq.az xəbər verir ki, aksiya zamanı Tovuz rayon Vəkil Bürosunun vəkilləri tərəfindən 22 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.
Qeyd edək ki, müraciətlərin böyük hissəsi ünvanlı sosial yardımın əldə edilməsi, əlilliyin müəyyən edilməsi, pensiya, işə təyin edilməklə ilə bağlı hüquqi yardımın göstərilməsi olub.
