"İlk dəfədir belə bir sərgidə iştirak edirəm. Bu, mənim üçün çox gözəl bir təcrübədir".
E-huquq.az xəbər verir ki, bunu “Vəkillik peşəsi uşaqların gözü ilə” adlı uşaq rəsm sərgi-müsabiqəsinin iştirakçısı Xədicə Rüstəmli deyib.
Sərgidə əl işi nümayiş olunan 11 yaşlı rəssam bildirib ki, ərsəyə gətirdiyi əsərdə ədaləti ifadə etmək istəyib: "Əlində tərəzi tutan bir qadın təsvir etmişəm. Bir tərəfdə isə pullar çəkmişəm. Burada tərəzi ədaləti, pul isə rüşvəti ifadə edir. Rəsmdə göründüyü kimi, qadın pula yox, tərəziyə əlini uzadıb. Bununla da onu demək istəmişəm ki, vəkillər ədaləti hər şeydən üstün tutmalıdırlar".

