Məzmuna keç

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub –

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

E-huquq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.