Məzmuna keç

Vəkillər Kollegiyası Lətif Hüseynov, Zoltan Hernyeş və Mahir Muşteyidzadəni təltif etdi –

Bir qrup şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təltif olunub.

E-huquq.az xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyeş və Avropa Şurasının Əməkdaşlıq Proqramları Şöbəsinin Azərbaycan və Gürcüstan bölməsinin rəhbəri Mahir Muşteyidzadə Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif ediliblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov onları təbrik edərək döş nişanı və Kollegiyanın adından xatirə hədiyyələri təqdim edib.

Xəyalə Bünyatova