Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
E-huquq.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis mayoru Qulu Quliyev 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib. O, bundan əvvəl qurumun Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində işləyib.
Mənbə: Oxu.az
