Məzmuna keç

Qubada “Açıq mikrofon” aksiyası keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Qurumdan e-huquq.az-a verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

Bildirilib ki, iyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.