Məzmuna keç

Mövlud Çavuşoğlu Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında yazıb.

“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün Bakıdayıq”, – Mövlud Çavuşoğlu bildirib.

Səfərdə onu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu və digər rəsmi şəxslər müşayiət edir.