Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Konfederasiyasının Federal müşaviri Gi Parmelin ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Taleh Kazımov özünün tvitter səhifəsində yazıb.
"Görüşdə Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq əlaqələri, SECO-nun Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və SECO arasında əməkdaşlığın inkişafı barədə faydalı müzakirələr apardıq”, – AMB sədri qeyd edib.
