“Azəristilik” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcu 20 milyon manat üzərindədir.
E-huquq.az verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, məsələ ilə bağlı artıq “Azəristilik” ASC-yə xüsusi müraciətlər edilib.
“Bizim yığımla bağlı göstəricilər daha yüksək – 105% deyil, 110% ola bilərdi. Amma "Azəristilik” ASC-nin bizə borcu artmaqda davam edir”, – R.Əliyev qeyd edib.
