Bu gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
E-huquq.az xəbər verir ki, bu barədə XİN tvitterdə paylaşım edib.
Qeyd edək ki, 9 iyul Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarının yaradılması günüdür.
