Məzmuna keç

“Azəriqaz”ın baş direktoru Şirvan və Hacıqabul sakinləri ilə görüşəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şirvan şəhərində vətəndaş qəbulu keçiriləcək.

Qurumdan e-huquq.az-a verilən məlumata görə, 13 iyul saat 11:00-da Şirvan Gənclər Evində (Naxçıvan küçəsi, 1B) baş tutacaq görüş zamanı Şirvan və Hacıqabul sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 021 216 05 14) müraciət edə bilərlər.