“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.
Bu barədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bununla bağlı bu gündən başlayaraq 3 gün ərzində Gədəbəy rayonunun tam, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Sabah saat 09:00-dan 2 gün müddətində Tovuz rayonunun tam, iyulun 15-dən isə 2 gün müddətində Tovuz rayonunun bir hissəsinin, sabah saat 09:00-dan isə 3 gün müddətində Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq.
