Məzmuna keç

İranda alpinistləri aparan avtobus aşıb, ölənlər və yaralananlar var –

İranın Təbriz-Zəncan magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

E-huquq.az-ın məlumatına görə, bunu İranın Zəncan yol polisinin rəis müavini polkovnik Mehdi Minaxani deyib.

M.Minaxaninin sözlərinə görə, Türkiyədən qayıdan alpinistləri Tehrana gətirən avtobusun sürücüsü və iki qadın həlak olub. Yaralananlardan 6-sı qadın, 10-u isə kişidir.

Minaxani deyib ki, hadisə sürücünün yuxulu olması nəticəsində baş verib.