Məzmuna keç

Əməkdar jurnalist Mais Məmmədov vəfat etdi

Bir müddət öncə xəstəxanaya yerləşdirilən Əməkdar jurnalist Mais Məmmədov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə onun həmkarı Vahid Mustafayev məlumat verib.

Ağır mədəaltı vəzi xəstəliyindən əziyyət çəkən 84 yaşlı jurnalist bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mais Məmmədov 1938-ci ilin iyulun 12-də Bakıda doğulub. Müxtəlif KİV-də çalışıb, o cümlədən ANS şirkətlər qrupunun prezidentinin müşaviri olub.