Ukrayna silahlı qüvvələri Xerson vilayətində addım-addım irəliləyir və ərazini işğalçılardan azad edir.
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Dövlət başçısı Rusiya hərbçilərinin regionda mövqelərini möhkəmləndirməyə çalışdıqlarını da qeyd edib.
Prezident bildirib ki, Ukraynanın Rusiyanın işğalına qarşı müdafiəsinin 150-ci günü artıq başa çatır.
"Və bu gün bir qədər əvvəlkilərin hamısına bənzəyir. Yenə raket zərbələri. Bir çox ərazilərdə – Donbasda, Xarkov vilayətində şiddətli döyüşlər gedir. Yenə də atəşlər. Amma bu gün qələbəmizə doğru nə qədər irəlilədiyimizi göstərir. Bu da olacaq", – dövlət başçısı deyib.
