Abonentlər "Azəriqaz" İstehsalat Birliyinin Çağrı Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirir.
E-huquq.az xəbər verir ki, bu, "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı abonentlər arasında keçirilən sorğunun nəticələrində əks olunub.
Nəticələrə əsasən, Çağrı Mərkəzinin əməkdaşının dinləmə qabiliyyəti/davranışı, əməkdaşın suallara cavab verməsi və pozitiv ünsiyyət qurması respondentlər tərəfindən müsbət qiymətləndirilib.
Abonentlerin ən çox narazı qaldıqları məqamlar isə Çağrı Mərkəzinə düşməyin çətinliyi və xətdə gözləmə müddəti ilə bağlı olub.
Sorğuya əsasən, regionlarda çağrı mərkəzinin əməkdaşlarının problemin həllinə reaksiyası/operativliyi problemin həlli üçün yönləndirmələri və əməkdaşlar tərəfindən əks əlaqənin yaradılmasından narazı olanların xüsusi çəkisi paytaxta nisbətən yüksək olub.
Həmçinin qeyd olunub ki, "Azəriqaz” İB-nin Çağrı mərkəzilərinə müraciət etdikdən sonra işin icrası üçün respondentlərin 6%-nin çağırışına gedilməyib.
Çağrı Mərkəzlərinə müraciət əsasında işin icrası üçün abonentin ünvanına gedən əməkdaşların operativliyi, bilik və bacarıqları, davranışları, eləcə də müraciət olunan problemin həlli istiqamətində fəaliyyətləri əsasən müsbət qiymətləndirilib.
Onu da qeyd edək ki, regionlarda Çağrı mərkəzlərinə müraciət əsasında işin icrası üçün yollanan əməkdaşların fəaliyyətini mənfi qiymətləndirənlərin payı paytaxtla müqayisədə nisbətən yüksək olub.
