Məzmuna keç

Ruslan Əliyev iki rayonun sakinləri ilə görüşəcək –

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Gədəbəy rayonunda vətəndaş qəbulu keçiriləcək.

E-huquq.az xəbər verir ki, 1 avqust saat 11:00-da Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Gədəbəy və Şəmkir sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinə (tel: 022 326-00-88) müraciət edə bilərlər.