Məzmuna keç

Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlanılır.

E-huquq.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Namizədlər 30 iyul saat 11:00-dan 2 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Onlar vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.