"Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya yaymaq əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar".
E-huquq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
"Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik", – MN rəsmisi əlavə edib.
