Məzmuna keç

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində aparılmış sorğunun nəticələri açıqlanıb

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən göstərilən xidmətin keyfiyyətinin yoxlanılması məqsədilə “QBS Consulting” MMC tərəfindən aparılmış sorğunun nəticələri açıqlanıb.

E-huquq.az xəbər verir ki, diaqramlarda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Birlik tərəfindən abonentlərə göstərilən hər biri üzrə ayrı-ayrılıqda olmaqla 21 adda xidmətin səviyyəsi, abonentlərin xidmətlərdən istifadəsinin göstəricisi, həmçinin abonentlərin narazı qaldığı xidmətlər üzrə göstəricilər qeyd olunub.