Məzmuna keç

Ermənistanın müdafiə naziri Rusiyaya işgüzar səfərə getdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyaya işgüzar səfərə gedib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Suren Papikyanın Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.

"Avqustun 14-də müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər yüksək rütbəli rəsmilərlə görüşlər nəzərdə tutulub", – məlumatda bildirilir.