Məzmuna keç

“Zinger İnşaat” cərimələndi

"Zinger İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokulu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İqtisadiyyat Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsnin 430.4-cü (İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Tərlan Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.