"Kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra əmək bazarında özlərinə yaxşı işlər tapacaqlar".
E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, lakin kənd təsərrüfatı ixtisaslarına sənəd verən abituriyentlərin sayı az ola bilər:
"Seçimlər çox zaman bala uyğun, kortəbii şəkildə aparılır. Lakin valideynlər ixtisas seçimində övladları ilə birgə məsləhətləşmələr aparsalar, daha yaxşı olar".
