Məzmuna keç

Ukraynada bina uçdu:

Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk bölgəsinin Lisiçansk şəhərində üçmərtəbəli inzibati bina uçub.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, hadisə avqustun 16-sı günorta saatlarında baş verib.

Binanın uçması nəticəsində 5 nəfər ölüb, daha 4 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri aparılır.

Binanın hansı səbəbdən uçduğu hələlik məlum deyil.