"Elm və Təhsil Nazirliyi tabeliyində agentliklərin yaradılması istiqamətində işlərə başlanılıb".
E-huquq.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə bağlı qərar təhsil sahəsində aparılan dərin islahatdır.
“Bəzən qeyd edirlər ki, bu qərar AMEA-nın ləğvidir. Lakin bu doğru deyil, hər iki qurum öz nizamnamələrini hazırlayır”, – deyə nazir əlavə edib.
