"Məktəbli formalarının qiymətlərinin şişirdilməsi halları varsa, bu düzgün deyil".
E-huquq.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
O qeyd edib ki, uşaqlar məktəbə formada gəlməlidir və bu şagirdlər arasında bərabərliyi formalaşdırır.
“Elm və təhsil nazirliyi olaraq heç kəs forma geyinməyə məcbur etmirik”, – deyə nazir əlavə edib.
