Məzmuna keç

Baş direktor qaz təchizatındakı itkilərlə bağlı məsələyə aydınlıq gətirdi –

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qaz təchizatındakı itkilərin artımı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

E-huquq.az xəbər verir ki, R.Əliyev bu barədə "Açıq qapı" aksiyasında məlumat verib.

O bildirib ki, hər ayın və hər rübün sonunda “Azəriqaz” İstehsalat Birliyinin iqtisadi göstəriciləri mətbuata məlumat olaraq verilir: “2021-22-ci ilin 7 aylıq itki fərqi ilə bağlı qeyd etmək istəyirəm ki, 85 milyon azalma baş verib. Faizlə götürdükdə isə bu rəqəm 2, 5 faiz itki deməkdir. Azalmanın səbəbi isə bizim apardığımız texniki işlərin nəticəsidir”.