“Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” kafe və restoranlar şəbəkəsi ilə bağlı inzibati protokol tərtib edilib.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Bununla əlaqədar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Məhkəmə iddianı təmin edərsə, şirkət beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
