Məzmuna keç

FHN-nin təyyarəsi Masallıda qəza enişi etdi

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bu barədə e-huquq.az FHN-ə istinadən xəbər verir.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.